Ermənistan bu il hərbi təlimlər keçirməyi planlaşdırmır. Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında bildirib ki, ötən il İranla birgə hərbi təlimlər keçirilsə də, bu il belə planlar yoxdur.
Postxronika.az xəbər verir ki, bu barədə erməni mediasi məlumat yayıb.
“Biz öz ərazimizdə fəaliyyət göstəririk, İran isə öz ərazisində. Hazırda hər hansı məhdudiyyət yoxdur, lakin yeni təlimlər nəzərdə tutulmayıb”, – deyə S. Papikyan vurğulayıb.
O həmçinin müttəfiqlərlə əlaqələrə dair sualı cavablandıraraq bildirib ki, münasibətlər açıq və şəffafdır, lakin hərbi baxımdan ölkə iqtisadiyyatı və ordusu üzərində əsas etibar mövcuddur.