Paytaxtın mərkəzi küçələrində azyaşlıların vətəndaşların əl çantalarını və qiymətli əşyalarını talaması faktı ilə bağlı polis əməliyyat keçirib. 


Postxronika.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan yeniyetmələrin yaxın qohumları tərəfindən qanunsuz əməllərə yönləndirildiyi aşkarlanıb. 


Araşdırmalar nəticəsində azyaşlıları oğurluğa sövq edən 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov müəyyən edilərək həbs olunublar.

İstintaq hərəkətləri ilə həmin şəxslərin uşaqları cinayət yoluna itələdikləri tam sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 


Hazırda hadisənin təfərrüatları ilə bağlı polis tərəfindən genişmiqyaslı araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi valideynləri və qohumları azyaşlıların tərbiyəsinə qarşı daha məsuliyyətli olmağa çağırıb.