"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişinlərin artan tələbatını qarşılamaq məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Səfərlər 17, 18, 24 və 25 yanvar tarixlərində həyata keçiriləcək.
Postxronika.az xəbər verir ki, 2026-cı ilin 5 yanvarından etibarən sözügedən marşrut üzrə ekspres tipli qatar biletlərinin qiymətinə 10 faiz endirim tətbiq olunur. Həmçinin, baqaj daşınması ilə bağlı rüsumlarda da güzəştlər edilib. Belə ki, sərnişinlər üçün nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.
Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.