Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. İdarə əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Sabunçu rayonunda baş tutan əməliyyat zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb. Baxış zamanı ondan ümumilikdə 22 kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı məlum olub ki, saxlanılan şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girib. O, narkotik vasitələri satış məqsədilə əldə edərək əvvəlcədən təyin edilən gizli nöqtələrə yerləşdirməyi planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə İ.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.