İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi postuna yeni təyinatı rəsmən açıqlayıb. Komandanın sabiq ulduzu Maykl Kerrik yenidən "qırmızı şeytanlar"ın sükanı arxasına keçib.

Postxronika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Mançester təmsilçisi təcrübəli mütəxəssislə razılığa gəldiyini bəyan edib. Tərəflər arasındakı anlaşmaya əsasən, Maykl Kerrik cari mövsümün sonuna qədər baş məşqçi vəzifəsini icra edəcək.

Klub rəhbərliyi bu təyinatla mövsümün qalan hissəsində komandanın performansını yaxşılaşdırmağı hədəfləyir.

Qeyd edək ki, Maykl Kerrik futbolçu karyerası ərzində uzun illər "Mançester Yunayted"in şərəfini qoruyub və klubun əfsanələrindən biri hesab olunur.