İranda etirazçılara qarşı tətbiq edilən qanlı repressiyalardan sonra ölkəni tərk edən bir həkim, daxildə yaşanan dəhşətli mənzərələrlə bağlı nadir faktları açıqlayıb. O, tibb müəssisələrində yaralı sayının imkanları üstələdiyini və ən ağır vəziyyətdə olan pasiyentlər arasında seçim etmək məcburiyyətində qaldığını bildirib.

Postxronika.az xəbər verir ki, təhlükəsizlik səbəbilə şəxsiyyəti gizli saxlanılan tibb işçisi küçələrin qanla örtüldüyünü, insanların ağır pulemyotlarla hədəf alındığını qeyd edib. Şahid xəstəxanalarda rejim qüvvələrinin növbə çəkdiyini və yaralılar barədə məlumatları topladığını vurğulayıb. Məlumata görə, internetin kəsilməsi ilə başlayan xaos ölkədə tibbi xidməti tamamilə iflic vəziyyətinə salıb. Hazırda İran daxilində insanların böyük qorxu və çarəsizlik içində yaşadığı diqqətə çatdırılıb.