İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində "Mançester Siti" səfərdə "Nyukasl"ı 2:0 hesabı ilə məğlub edib.

Postxronika.az xəbər verir ki, qarşılaşmada həlledici vuruşlardan birini "şəhərlilər"in cəmi bir həftə əvvəl "Bornmut"dan heyətinə qatdığı Antuan Semenyo icra edib. Qanalı vinger bununla da ardıcıl ikinci rəsmi görüşündə fərqlənməyi bacarıb; o, debüt etdiyi "Ekseter"lə matçda da (10:1) rəqib qapısına yol tapmışdı. Nəticədə, gənc futbolçu 2009-cu ildən bəri Mançester təmsilçisində ilk iki oyununda qol vuran ilk oyunçu kimi tarixə düşüb. Qeyd edək ki, bu nailiyyətə sonuncu dəfə Emmanuel Adebayor imza atmışdı.