Tanınmış insayder Fabritsio Romano "Real"ın "Lion"a icarəyə verdiyi braziliyalı hücumçu Endrikin gələcəyi ilə bağlı yeni məlumat yayıb.
Postxronika.az xəbər verir ki, gənc futbolçunun müqaviləsində icarəni 20 yanvara qədər dayandırmağa imkan verən bənd olsa da, Madrid təmsilçisi bu hüquqdan istifadə etmək niyyətində deyil. Baş məşqçi dəyişikliyinə baxmayaraq, rəhbərlik forvardın Fransadakı uğurlu startından razıdır və hücum xəttində ciddi problem yaranmazsa, onu geri çağırmayacaq. Yeni komandasında özünü xoşbəxt hiss edən oyunçu Fransa Kubokunda "Lill"ə qarşı debüt matçında qələbə qolunu vuraraq (2:1) etimadı doğruldub. Qeyd edək ki, mövsümün ilk yarısında "Real"da cəmi 99 dəqiqə şans qazanan istedadlı oyunçunun yay fəslinə qədər "Lion"da qalması planlaşdırılır.