Məşhur alman mütəxəssis Yurgen Klopp həmkarı Xabi Alonsonun "Real"ın baş məşqçisi postundan qovulmasına sərt reaksiya verib. İspaniya Super Kubokunun finalında "Barselona"ya 2:3 hesablı məğlubiyyətdən dərhal sonra "Los Blankos" rəhbərliyi gənc çalışdırıcı ilə yollarını ayırıb.
Postxronika.az xəbər verir ki, "Spox" nəşrinə danışan Klopp Leverkuzendə böyük istedad nümayiş etdirən Alonsonun Madriddə cəmi altı ay qalmasını klubdakı idarəetmə problemləri ilə əlaqələndirib. O, "Bayer"də iki il uğurla işləyən mütəxəssisin İspaniya nəhəngində belə qısa müddətdə istefaya göndərilməsini sistemli səhvlərin göstəricisi kimi qiymətləndirib. Qeyd edək ki, 2025-ci ilin yayında sükan arxasına keçən Xabinin gedişindən sonra komanda müvəqqəti olaraq Alvaro Arbeloaya tapşırılıb. Maraqlıdır ki, hazırda boş qalan baş məşqçi postuna namizədlər arasında elə Kloppun özünün də adı hallanır.