Ötən gecə müşahidə olunan güclü külək səbəbindən ağac aşaraq Lənkəran-Lerik avtomobil yolunda nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Postxronika.az xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar hadisə yerinə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və işçi qüvvəsi cəlb olunub.
Həyata keçirilən operativ tədbirlər nəticəsində ağac qısa müddətdə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və yolda nəqliyyatın hərəkəti tam bərpa edilib.