Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə zəruri addımlar atılır.
Postxronika.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Qurumdan bildirilib ki, qatarların sürət həddi mövcud hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu zərurətlə əlaqədar olaraq hərəkət qrafikindən qismən kənaraçıxma (gecikmə) halları müşahidə oluna bilər.
Qurum sərnişinləri diqqətli olmağa çağırıb. Vətəndaşlardan platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman yalnız müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.