İran və ABŞ arasındakı gərginlik diplomatik çərçivələri aşaraq hərbi təhdid mərhələsinə qədəm qoyub. 


Postxronika.az xəbər verir ki, rəsmi Tehran Vaşinqtonun mümkün hərbi müdaxiləsinə cavab olaraq bölgə ölkələrini birbaşa hədəf göstərib. İranlı rəsmilər bəyan ediblər ki, əgər ABŞ İran ərazisinə hücum edərsə, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki Amerika hərbi bazaları "qanuni hədəf" hesab edilərək vurulacaq.


Bu kəskin xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın CBS News kanalına verdiyi müsahibədən sonra gəlib. Tramp İranda etirazçıların edam ediləcəyi təqdirdə "çox sərt addımlar" atılacağını və "yardımın yolda olduğunu" bildirmişdi. 

İran tərəfi isə qonşu dövlətlərdən öz ərazilərindən İrana qarşı istifadəyə icazə verməməyi tələb edir. Hazırda regionda hərbi hazırlıq səviyyəsi artırılıb və beynəlxalq birlik tərəfləri təmkinli olmağa çağırır.