Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ABŞ-a səfəri çərçivəsində Ermənistan XİN rəhbərinin açıqladığı “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) sənədinə münasibət bildirib.
Postxronika.az xəbər verir ki, o qeyd edib ki, sənədin qəbul edilməsi ABŞ-nin 8 avqust tarixli Vaşinqton sammitində əldə olunan razılaşmalara sadiqliyini göstərir və razılaşmaların praktik icrasına başlanması üçün mühüm addımdır. Eyni zamanda, sənəd Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində də əhəmiyyət daşıyır.
Ayxan Hacızadə vurğulayıb ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi ölkəmiz üçün prioritetdir. TRIPP marşrutu ticarət və nəqliyyat-əlaqələrin regional miqyasda şaxələndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.