Rusiya Silahlı Qüvvələrinin Sumı vilayətində Komarovkanı azad etməsi yeni döyüş bölgəsinin açıldığını göstərir. Hərbi ekspert Andrey Maroçko bildirib ki, bu ərazidə uzun müddət statik vəziyyət hökm sürürdü və Rusiya qoşunları əsasən sərhəd xəttində yerləşmişdi.

Postxronika.az xəbər verir ki, ekspertin sözlərinə görə, Komarovkanın azad edilməsindən sonra Gluxov yaxınlığında yeni bufer zonası formalaşmağa başlayıb. Rusiya Müdafiə Nazirliyi 14 yanvar tarixində Komarovkanın azad edildiyini açıqlayıb.