ABŞ Prezidenti Donald Tramp etibarlı mənbələrə istinadən Tehranın nümayişçiləri edam etmək niyyətində olmadığını, ölkədəki qətllərin dayandığını bildirib.
Postxronika.az xəbər verir ki, bu gərginlik fonunda Vaşinqton və London ehtiyat tədbiri olaraq Qətərdəki "Əl-Udeyd" aviabazasındakı şəxsi heyətin sayını azaltmağa başlayıb. İranın xarici işlər naziri Abbas Araqçi də öz növbəsində edam xəbərlərini təkzib edərək Ağ Evi hərbi müdaxilədən çəkinməyə çağırıb.
Mövcud risklər səbəbindən bir çox beynəlxalq aviaşirkətlər İslam Respublikasının hava məkanından imtina edib, Böyük Britaniya isə Tehrandakı səfirliyini müvəqqəti bağlayıb. Dekabrın sonunda valyutanın dəyərdən düşməsi ilə başlayan aksiyalar genişlənərək mövcud hakimiyyətin legitimliyi üçün ciddi böhrana çevrilib. İnsan haqları fəallarının məlumatına görə, internetin kəsildiyi ölkədə qarşıdurmalar zamanı minlərlə insan həyatını itirib.