İsrail hərbi birləşmələri 10 oktyabr 2025-ci ildə əldə olunmuş razılaşmaya məhəl qoymayaraq Qəzza zolağının müxtəlif istiqamətlərinə hava və artilleriya zərbələri endirib.
“Postxronika.az” xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, döyüş təyyarələri Tuffah məhəlləsini bombalayıb, Bureyc qaçqın düşərgəsi isə intensiv top atəşinə tutulub. Eyni zamanda, Xan Yunus şəhəri işğalçı qüvvələrin zirehli texnikalarından açılan atəşlərlə hədəf alınıb. Hazırda anklavın təxminən yarısını nəzarətdə saxlayan İsrail ordusunun son hücumları nəticəsində itkilər barədə hələlik dəqiq məlumat daxil olmayıb. Bölgədə gərginlik yüksək həddə qalmaqda davam edir.