ABŞ rəhbərliyi İranda davam edən kütləvi etirazlar fonunda Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyat planlarını nəzərdən keçirir.
Postxronika.az xəbər verir ki, "The New York Times" qəzeti Vaşinqtonun bir neçə gün ərzində bu ölkəyə zərbələr endirə biləcəyini iddia edib. Ağ Ev rəsmilərinin sözlərinə görə, Pentaqon nüvə proqramın hədəf alınmasından tutmuş kiberhücumların təşkilinə qədər müxtəlif seçimləri prezidentə təqdim edib.
Mümkün hücumun icrası rəsmi Tehranın növbəti addımlarından asılı olsa da, regiondakı Amerika bazaları hər ehtimala qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib. Müdafiə Nazirliyi bölgədə məhdud sayda aviadaşıyıcı və raket gəmilərinin olduğunu bildirsə də, proseslərin gedişatı hələ də qeyri-müəyyənliyini qoruyur.
Xatırladaq ki, İrandakı iqtisadi böhranın səbəb olduğu nümayişlərdə itkilərin sayı artıq minlərlə ölçülür.