Fransa Prezidenti Emmanuel Makronun qərarı ilə ölkənin hərbi qüvvələri Qrenlandiyada keçirilən "Arktika Dayanıqlılığı" adlı birgə təlimlərdə iştirak etmək üçün yola düşüb.
Postxronika.az xəbər verir ki, bu addım Danimarkanın rəsmi müraciəti əsasında atılıb və regiondakı hərbi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Fransa Baş Qərargah rəisi Fabien Mandon da qoşunların hərəkətini təsdiqləyərək, onların tərəfdaşlarla birlikdə təşkil olunan manevrlərə qoşulacağını bildirib.
İlkin mərhələdə bölgəyə göndərilən təxminən 15 hərbçinin yanvarın 17-nə qədər davam edəcək missiyada yer alacağı gözlənilir. Paralel olaraq, Parisdəki Yelisey sarayında Qrenlandiya və İrandakı mövcud vəziyyətlə bağlı Müdafiə Şurasının iclası keçiriləcək.
Bu hərbi dəstək Fransanın Şimal qütbü regionunda artan strateji maraqlarının göstəricisi kimi qiymətləndirilir.