Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirilib. Nəticədə rayonda narkotik vasitələrin satışını təşkil edən şəxslər ifşa edilərək məsuliyyətə cəlb olunublar.
Postxronika.az xəbər DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən xəbər verir ki, əməliyyat tədbirləri zamanı 36 yaşlı Hikayət Quliyev və 25 yaşlı Taleh Abdurahmanov saxlanılıblar.
Həmin şəxslərin həm idarə etdikləri avtomobildən, həm də yaşadıqları ünvanlardan satış məqsədilə saxladıqları marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.