Hindistan ABŞ-nin mümkün ikincil sanksiyalarından ehtiyatlanaraq Rusiya xam neftinin idxalını tədricən azaldır və alternativ bazarlara yönəlir.
Postxronika.az xəbər verir ki, gəmi izləmə məlumatları və mövzuya yaxın şəxslərin bildirdiyinə görə, ölkənin neft idxalı dekabr ayında üçillik minimuma düşdükdən sonra azalmağa başlayıb. Qeyd edək ki, Oman sahillərində ən azı 12 tanker Rusiya xam nefti ilə dolu olaraq dayanıb, bəziləri isə orada dekabrın ortasından bəri qalır.Vortexa Ltd. və Kpler kimi gəmi izləmə şirkətlərinin məlumatına görə, Hindistan dekabr ayında gündə təxminən 1,3 milyon barel Rusiya xam nefti idxal edib. Ehtimala görə, yanvar ayı üzrə idxal daha da azalacaq.
Hindistanın neft emalı zavodları alış planlarını dəyişərək, Yaxın Şərq, Qərbi Afrika və Latın Amerikası bazarlarında daha fəal olmağa başlayıb.