"Arsenal" Mikel Arteta ilə müqavilə imzalayacaq.
Postxronika.az xəbər verir ki, İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Arteta ilə əməkdaşlığı daha da uzatmaq niyyətindədir.
Jurnalist Nikolo Şira iddia edir ki, London təmsilçisi 43 yaşlı ispan mütəxəssislə yeni anlaşma imzalayaraq, müddəti 2029-cu ilə qədər artırmağı planlaşdırır. Qeyd edək ki, Artetanın hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatır. "Topçular" cari mövsümdə Premyer Liqada 21 turdan sonra 49 xalla liderdirlər. Komanda Çempionlar Liqasında da 6 oyuna 18 xal toplayaraq turnir cədvəlinə başçılıq edir və qapısında cəmi bir qol görüb.