"Real"ın əfsanəvi futbolçusu Toni Kroos "Barselona"nın bu mövsümkü avrokubok şanslarını şübhə altına alıb.

Postxronika.az xəbər verir ki, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi "Sport.es" nəşrinə açıqlamasında kataloniyalıların perspektivlərini dəyərləndirib. O qeyd edib ki, rəqib İspaniya Super Kubokundakı qələbədən məmnun olsa da, Çempionlar Liqasında vəziyyət fərqli olacaq. Kroosun fikrincə, "Barselona" qitə miqyaslı turnirdə daha güclü komandalarla üzləşəcəyi üçün heç bir beynəlxalq titul əldə edə bilməyəcək. "Kral klubu"nun keçmiş ulduzu əzəli rəqibinin Avropadakı uğuruna inanmadığını açıq şəkildə vurğulayıb.