Rusiya Aerokosmik Qüvvələrinin general-mayoru Aleksandr Romanenkov Ukraynanın dövlət başçısı Vladimir Putinin Novqoroddakı iqamətgahına təşkil etdiyi pilotsuz uçuş aparatı (PUA) hücumunun planlı və çoxmərhələli xarakter daşıdığını bildirib. 

Postxronika.az xəbər verir ki, Müdafiə Nazirliyində keçirilən brifinqdə 91 dronla həyata keçirilən bu genişmiqyaslı "terror aktı" cəhdinin qarşısının hava hücumundan müdafiə sistemləri tərəfindən tamamilə alındığı vurğulanıb. 

Radarlar vasitəsilə Ukraynanın Sumi və Çerniqov bölgələrindən daxil olan aparatların son dərəcə aşağı hündürlükdə hərəkət etdiyi müəyyən olunub. Hücum zamanı Bryansk, Smolensk və Tver vilayətləri üzərindən keçən bütün hava hədəfləri müxtəlif istiqamətlərdə məhv edilib. 

Təqdim olunan xəritə və videoçəkilişlər zərbə vasitələrinin birbaşa prezident iqamətgahını hədəf aldığını sübut edir. Rusiya rəsmisi bu hadisəni Kiyev rejiminin hədəfli hücum cəhdi kimi qiymətləndirib.