Avropa ölkələrindən olan ilk hərbçilər Qrenlandiya ərazisinə çatıb.


Postxronika.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Məlumata görə, Danimarka və Fransaya məxsus xüsusi təyinatlılar və kəşfiyyat bölmələrini daşıyan təyyarələrdən biri paytaxt Nuuk şəhərinə, digər təyyarə isə adanın qərb hissəsinə eniş edib.

Xatırladaq ki, daha əvvəl Danimarka Qrenlandiyaya hərbi texnika və qabaqcıl hərbi bölmə yerləşdirib.