İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) fevralın 18-də müsadirə edilmiş əmlakın satışı üzrə hərrac təşkil edəcək.
Postxronika.az xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək. Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20. Hərraca çıxarılacaq əmlakın dəyəri 350 min manatdır və bu, fərdi yaşayış evidir. Qeyd edək ki, bəhs olunan ev Binəqədi rayonu, akademik Ziya Bünyadov prospekti, ev 7a, mənzil 38 ünvanında yerləşir.