İranın Təbriz şəhərində daxili gərginliyin kritik həddə çatması səbəbindən xüsusi hərbi rejim tətbiq edilib.
Postxronika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb və yerli sakinlərə axşam saat 20:00-dan sonra küçəyə çıxmaq qadağan olunub. Hazırda Təbrizin həm mərkəzi küçələrinə, həm də kənar məhəllələrinə çoxlu sayda hərbi qüvvə və texnika yerləşdirilib.
Məlumata görə, hərbi vəziyyətlə əlaqədar şəhərin məşhur Böyük Bazarı və əsas ərzaq dükanları fəaliyyətini dayandırıb. Bu sərt addımların ölkədə davam edən iqtisadi etirazlar və regiondakı hərbi risklər fonunda atıldığı bildirilir. Sakinlər gündəlik tələbat mallarının əldə olunmasında ciddi çətinliklərlə qarşılaşıblar.