Təbii gün işığının Tip 2 diabet xəstələrinin metabolizmasına təsiri elmi şəkildə sübut edilib.
Postxronika.az "Haber Global"a əsasən, xəbər verir ki, Cenevrə, Maastricht və Almaniya Diabet Mərkəzindən olan tədqiqatçıların apardığı birgə araşdırma yalnız işıq mənbəyini dəyişməklə qan şəkərinin necə tarazlaşdırıla biləcəyini ortaya qoyub.
Belə ki, yaş ortalaması 65 olan 13 könüllü Tip 2 diabet xəstəsi xüsusi hazırlanmış otaqlarda 4,5 gün keçirib. İştirakçılar iki qrupa bölünüb.
Bir qrup iri pəncərələrdən daxil olan bol təbii işığa məruz qalıb, digər qrup isə yalnız süni LED işıqlandırması olan mühitdə saxlanılıb.
Hər iki qrupun qidalanması, yuxu rejimi və fiziki aktivliyi tam eyni, yeganə fərq işıq mənbəyi olub.
Təbii işığa məruz qalan xəstələrin qan şəkəri səviyyəsi gün ərzində daha uzun müddət normal həddə qalxıb və ani yüksəlmələr nəzərəçarpacaq dərəcədə azalıb, bədənin yağ yandırma qabiliyyəti güclənib.
Həmçinin gecə melatonin hormonunun artmasına və metabolik sağlamlığın yaxşılaşmasına səbəb olub.
Buna görə də mütəxəssislər diabet xəstələrinə və risk qrupunda olan şəxslərə gündə ən az 20 dəqiqə birbaşa günəş işığına çıxmağı tövsiyə edirlər.