Nəsimi rayonu ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin birindən iki ədəd mobil cihazın qeyb olması barədə polisə müraciət daxil olub.

Postxronika.az xəbər verir ki, dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. İstintaq materiallarına əsasən, cinayət əməlini əvvəllər məhkumluq həyatı yaşamış 35 yaşlı X.Eyvazov və 39 yaşlı İ.Ələkbərovun törətdiyi məlum olub.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.