Xırdalan şəhərində yaşayış binalarının qarşısındakı dəmir məhəccərləri oğurlayan şəxs saxlanılıb.
Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dəmir məhəccərlərin yoxa çıxması ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı Z.Həsənzadə ifşa olunaraq saxlanılıb.
Hazırda faktla bağlı başlanılmış təhqiqat işləri və müvafiq araşdırmalar davam etdirilir.