İranda etiraz aksiyaları zamanı öldürülən şəxslərin ailələri yaxınlarının cəsədlərini dəfn üçün almaqda ciddi çətinliklərlə üzləşirlər.

Postxronika.az xəbər verir ki, təhlükəsizlik qurumları meyitlərin morq və xəstəxanalardan verilməsi üçün ailələrdən yüksək məbləğdə pul tələb edir və ödəniş olmadıqda cəsədlər təhvil verilmir. Etirazlar zamanı ölkə üzrə minlərlə insanın həlak olduğu, on minlərlə şəxsin isə saxlanıldığı bildirilir.

Məlumata əsasən, bəzi ailələrdən yüz milyonlarla toman tələb olunur və maddi imkanı olmayanlar övladlarının cəsədlərini geri ala bilmədən geri qayıdır. Bildirilir ki, bəzi xəstəxana əməkdaşları təhlükəsizlik qüvvələri gəlməmiş ailələri əvvəlcədən xəbərdar edərək meyitləri tez aparmağa çağırır. Həmçinin, rəsmi qurumların bəzi ailələrə meyitin ödənişsiz verilməsi üçün onu hökumətyönlü silahlı dəstələrin üzvü kimi təqdim etməyi təklif etdiyi iddia olunur.