Alimlər Antarktidanın qalın buz örtüyünün altındakı relyefi indiyədək görünməmiş detallarla əks etdirən yeni xəritə hazırlayıblar.

PostXronika.az xəbər verir ki, peyk məlumatları və buzlaqların hərəkət fizikası əsasında tərtib olunan xəritə minlərlə əvvəllər məlum olmayan təpə, silsilə və dağ massivini üzə çıxarıb. Tədqiqatçılar bildirir ki, bu məlumatlar buzun altındakı landşaftın buzlaqların sürətinə və geri çəkilməsinə necə təsir etdiyini daha dəqiq anlamağa imkan verəcək. 

Alimlərin fikrincə, əldə edilən nəticələr Antarktidanın iqlim dəyişikliyinə reaksiyasını və qlobal dəniz səviyyəsinin yüksəlməsini proqnozlaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Xəritədə xüsusilə Maud subqlasial hövzəsində yüzlərlə kilometr uzanan dərin kanalın aşkarlanması diqqət çəkir.