Türkiyənin ilk elektrikli zirehli personal daşıyıcısı E-ZPT MKE tərəfindən hazırlanıb və sınaq testlərini uğurla tamamlayıb.
PostXronika.az xəbər verir ki, E-ZPT M113 seriyası üzərində modernizasiya edilərək tamamilə yenilənib, yeni nəsil texnologiyalar və tam elektrik tahrik sistemi ilə təchiz olunub. Avtomobil həm yüksək manevr qabiliyyətinə, həm də 150 kilometrdən 650 kilometrə qədər dəyişən mənzillərə malikdir. Maşın sürücüsü, komandan və nişancı daxil olmaqla yeddi nəfəri daşıya bilir və yüksək təhlükəsizlikli batareya sistemi sayəsində aşağı baxım xərcləri təqdim edir.
Hərbi əməliyyatlara uyğun çoxsaylı testlərdən keçmiş E-ZPT sürət, əyilmə, yan və dik yamac keçmə qabiliyyəti ilə diqqət çəkir. Araç həmçinin uzaqdan idarə olunan silah sistemi və ətraf görüntüləmə kameraları ilə təchiz olunub. MKE bildirib ki, E-ZPT müasir döyüş sahəsində tələbləri tam təmin edən yeni nəsil texnologiyalı məhsuldur.