Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan İrana qarşı hər hansı düşmənçilik hərəkətləri planlaşdırılmadığını və olmayacağını açıqlayıb.
Postxronika.az xəbər verir ki, o bu açıqlamanı İranda səfir Halil Şirgolaminin Ermənistanın bölgədə düşmən qüvvələrin platformasına çevriləcəyi barədə dediklərinə cavab olaraq verib.
Simonyan qeyd edib ki, TRIPP layihəsi bütün region ölkələri, o cümlədən İran üçün əlavə imkanlar yarada bilər və İranın daxili vəziyyəti stabilləşdikcə səsləndirilən narahatlıqların əsassız olduğu aydın olacaq.
Spiker həmçinin İrana sərhəd məsələsinə toxunaraq ABŞ-nin hipotetik hərəkətləri üçün niyə məhz Ermənistanla 23 kilometrlik sərhədin nəzərə alındığını soruşub və Ermənistan hökumətinin rəsmi Tehrana açıqlama verməyə davam edəcəyini vurğulayıb.