Kremlin Sarayından bildirilib ki, Putin və Pezeşkiyan telefonla danışıb 

Postxronika.az xəbər verir ki, görüş zamanı İran və bölgədəki vəziyyət müzakirə olunub, Pezeşkiyan ölkəsində vəziyyətin yaxşılaşdırılması istiqamətində aparılan təşəbbüslər barədə Putinə məlumat verib. 

Rusiya ilə İran Tehran məsələləri və regional gərginliyin azaldılması məsələlərini yalnız siyasi-diplomatik yollarla həll etməyə sadiq yanaşırlar. Həmçinin, liderlər iki ölkə arasındakı strateji tərəfdaşlığı möhkəmləndirmək və müxtəlif sahələrdə birgə layihələri reallaşdırmaq niyyətində olduqlarını vurğulayıblar. Qeyd edək ki, Putin bu gün İsrail Baş Naziri Binyamin Netanyahu ilə də telefon danışığı apararaq, Yaxın Şərq və İran məsələlərini müzakirə edib.