Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nigar Səfxanova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə gətirilib.
Postxronika.az xəbər verir ki, yeni təyin olunmuş direktor kollektivə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən təqdim edilib.
Qeyd edək ki, Nigar Səfxanova Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, ADA Universitetində isə “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura təhsili alıb.
O, 2018–2022-ci illərdə Göygöl rayon Üçbulaq kənd ümumi orta məktəbində müəllim, 2022–2024-cü illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2024-cü ildən etibarən son təyinatadək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib. Zəngin idarəçilik təcrübəsinə malik olan mütəxəssis artıq yeni kollektivdə fəaliyyətə başlayıb. Bu təyinatın regionda orta ixtisas təhsilinin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyi gözlənilir.