"Liverpul"un baş məşqçisi Arne Slot komandanın lideri Məhəmməd Salah haqqında danışaraq, onun geri dönüşünü səbirsizliklə gözlədiyini bildirib.

Postxronika.az xəbər verir ki, klubun rəsmi saytına istinadən, niderlandlı mütəxəssis misirli ulduzun "mersisaydlılar" üçün əvəzolunmaz fiqur olduğunu xüsusi vurğulayıb. O, sərəncamında hətta 15 hücumçu olsa belə, Salahın gəlişinə hər zaman şad olacağını qeyd edib. Hazırda Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda mübarizə aparan forvard şənbə günü baş tutacaq matçdan sonra İngiltərəyə qayıdacaq. Xatırladaq ki, daha əvvəl futbolçunun tənqidi müsahibəsi səbəbindən tərəflər arasında gərginlik yaşanmışdı. Lakin Slotun son açıqlamaları mövcud problemin həll olunduğunu və münasibətlərin qaydasına düşdüyünü göstərir.