İngiltərənin "Kristal Palas" klubunun aparıcı simalarından olan Mark Quehi karyerasını "Mançester Siti"də davam etdirəcək.
Postxronika.az xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romanonun məlumatına görə, "şəhərlilər" mərkəz müdafiəçisinin transferi üçün qarşı tərəflə 20 milyon funt sterlinq (təxminən 23 milyon avro) qarşılığında razılığa gəlib. Artıq 25 yaşlı futbolçu da yeni komandasının təklif etdiyi şəxsi müqavilə şərtlərini qəbul edib. Cari mövsümdə bütün turnirlərdə 33 matça çıxan ingilis oyunçu 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "Transfermarkt" portalında bazar dəyəri 55 milyon avro göstərilən Quehinin London təmsilçisi ilə sözləşməsi 2026-cı ilin yayında başa çatırdı. Bu amil onun real dəyərindən xeyli aşağı qiymətə satılmasında həlledici rol oynayıb.