"Los Anceles Leykers"in canlı əfsanəsi LeBron Ceyms illərdir yüksək formada qalmasının səbəblərini və oyun günü tətbiq etdiyi xüsusi rejimi açıqlayıb.
Postxronika.az xəbər verir ki, klubun rəsmi "YouTube" kanalına istinadən, ulduz basketbolçu günə soyuq vanna qəbulu və hiperbarik kamera seansı ilə başladığını bildirib. O, qısa yuxu fasiləsindən sonra "EA Sports PGA" simulyatorunda vaxt keçirdiyini, eyni zamanda 45 dəqiqə ərzində "Normatec" limfa drenaj çəkmələrindən istifadə etdiyini qeyd edib. Arenaya yollandıqdan sonra isə Ceyms həm fiziki məşqlərlə əzələlərini qızışdırır, həm də məşqçilərlə müzakirələr apararaq özünü matça psixoloji cəhətdən hazırlayır.