Türkiyənin "Beşiktaş" klubu qış transfer pəncərəsində "Real"ın təcrübəli müdafiəçisi David Alabanı heyətinə qatmağa çalışır.

Postxronika.az xəbər verir ki, İspaniyanın AS agentliyinə istinadən, İstanbul təmsilçisinin baş məşqçisi müdafiə xəttini məhz avstriyalı futbolçu ilə gücləndirmək niyyətindədir. Lakin keçidin reallaşması üçün əsas əngəl ulduz oyunçunun yüksək maaş tələbi və "Kral klubu"ndan mövsümün sonuna qədər alacağı 7 milyon avrodur. "Qara qartallar" bu məbləği tam ödəmək istəmədiyi üçün qarşı tərəfin məvacibin bir hissəsini qarşılamasını tələb edir. Bundan başqa, Alabanın əvvəllər əzəli rəqib "Qalatasaray"a rəğbət bəslədiyini açıqlaması da bu keçid ətrafında müzakirələrə yol açıb. Qeyd edək ki, cari mövsümdə cəmi 5 matçda şans qazanan müdafiəçinin müqaviləsi 2026-cı ilin yayında bitir və o, hazırda 4 milyon avro dəyərində qiymətləndirilir.