İtaliyanın müdafiə naziri Guido Krozettо Avropa ölkələrinin Qrenlandiyaya bir neçə onlarla hərbçi göndərmək təşəbbüsünü tənqid edib. Onun sözlərinə görə, bu cür addım ciddi hərbi təsir gücünə malik deyil və daha çox “anekdotun başlanğıcını” xatırladır.
Postxronika.az xəbər verir ki, Nazir bildirib ki, “100, 200 və ya 300 əsgərin nəyisə dəyişə biləcəyinə inanmaq çətindir”.Guido Krozettо vurğulayıb ki, İtaliya Qrenlandiyaya öz hərbçilərini göndərmək niyyətində deyil. Onun fikrincə, bu məsələ müzakirə olunarkən əsas koordinasiya NATO tərəfindən aparılmalıdır.