Litva hakimiyyəti Rusiyanın Baş Kəşfiyyat İdarəsini Ukraynaya hərbi yardım çatdırılması ilə əlaqəli infrastrukturu yandırmaq cəhdində ittiham edib.
Postxronika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məhkəməyə təqdim edilən cinayət işində Rusiya, Belarus, Kuba və İspaniya vətəndaşları da daxil olmaqla altı əcnəbinin iştirak etdiyi bildirilib.
"Litvada aparılan məhkəməyəqədər istintaqın məlumatları bizə kifayət qədər ehtimal dərəcəsi ilə Şaulyaydakı təxribat cəhdlərinin Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) təlimatı və maraqları çərçivəsində həyata keçirildiyini güman etməyə imkan verir", - qeyd olunub.