Bu gün qələmi ilə sənət yaradan dahi sənətkarımız Mədinə Gülgünün anadan olmasının  il dönümüdür. O tək şairə deyil, həm də  məhşur aktrisa, işini cəsarətlə görən jurnalist idi.


HƏRDƏN


Kimsə bir dost kimi yad edir məni

Hardasa nəğməmi oxuyan olur.

Elə bil dünyanın məhəbbətini –

Mənə bəxş edirlər, ürəyim dolur.


Bəzən məclislərdə düşürəm yada,

Deyirəm əməyim getməmiş hədər.

Kiçik bir damlayam coşqun sularda,

Haqqım var sevinim bir damla qədər…


Bəzən həzin-həzin çalıb ötürəm,

Hardasa, kiminsə kövrəlir qəlbi.

Bəzən müjdələrə çevrilir nəğməm,

Döyür qapıları qaranquş kimi…


Dönüb saf gülüşə qonuram bəzən

Kiminsə üzünə yox olur qəmim,

Kiminsə qəlbində yaşayıram mən,

Demək, yaşamağa haqqım var mənim…


Mənim sevinməyə haqqım var, haqqım,

Damlayam, yaşadar nəhrlər məni…

Sevin, sən də sevin, Vətən torpağım,

Kimsə, haradasa yad edər məni…