İsrailin müdafiə naziri İsrael Kats ordunun atəşkəsə baxmayaraq Qəzzada tikililərin dağıdılmasını davam etdirdiyini təsdiqləyib. O bildirib ki, məqsəd HƏMAS-ın yaşayış evlərinin və digər binaların altında qurduğu tunel şəbəkəsini məhv etməkdir.

Postxronika.az xəbər verir ki, nazir bu barədə The New York Times nəşrində atəşkəsdən sonra Qəzzada 2 500-dən çox binanın dağıdılması ilə bağlı yayımlanan xəbərə X sosial şəbəkəsində reaksiya verib. Kats qeyd edib ki, İsrail “Qəzza sakinlərinin evlərinin altında və onların üzərindəki bütün binalarla birlikdə HƏMAS tərəfindən yaradılmış ölümcül yeraltı terror infrastrukturu”nu məhv etməyi hədəfləyir.

“Biz bunu etmişik və bunu etməyə davam edəcəyik. İsrailin təhlükəsizliyini təmin etməkdə qətiyyətliyik”, – deyə o yazıb.

Nazir, həmçinin İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirdiyini