"Gil Vicente" klubunun 21 yaşlı hücumçusu Pablo karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə çox yaxındır.
Postxronika.az xəbər verir ki, nüfuzlu jurnalist Florian Plettenberq tərəflərin artıq razılığa gəldiyini və "Vest Hem"in bu keçid üçün 23 milyon avro ödəyəcəyini bildirib. Braziliya və Portuqaliya vətəndaşlığı olan futbolçunun tibbi müayinədən keçdikdən sonra London təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacağı gözlənilir. Cari mövsüm Portuqaliya çempionatında 13 matçda 10 qol və 1 ötürmə ilə parlayan gənc forvardın transferinin həftəsonuna qədər tam rəsmiləşməsi planlaşdırılır.