Ukrayna və Rusiya Zaporoje Atom Elektrik Stansiyası (AES) ətrafında lokal atəşkəsə razılaşıblar.

Postxronika.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.

O qeyd edib ki, atəşkəsin məqsədi sonuncu mövcud ehtiyat enerji xəttinin təmirinə başlamaqdır. Təmir işləri enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün vacib hesab olunur.