"Artıq Venesuelaya ABŞ nəzarət edir. Maduro ABŞ-yə və dünyaya qarşı cinayətlərinə görə məsuliyyət daşıyır".

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib.

"Biz Maduronu ABŞ-yə və dünyaya qarşı cinayətlərinə görə həbs etdik. İndi Venesuelanı biz idarə edirik. Cəmi bir həftə ərzində bu ölkəni tamamilə dəyişdik", - deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.