OpenAI bəzi istifadəçilər üçün ChatGPT-də reklamların göstəriləcəyini açıqlayıb 

Postxronika.az xəbər verir ki, ilkin sınaq ABŞ-də aparılacaq və pulsuz istifadəçilərlə yanaşı, aylıq 8 dollar dəyərində olan yeni “ChatGPT Go” abunəliyini də əhatə edəcək. Şirkətin bildirdiyinə görə, reklamlar istifadəçi sorğusundan sonra banner formasında çıxacaq və cavabların məzmununa təsir göstərməyəcək. OpenAI həmçinin söhbət məlumatlarının reklamçılarla paylaşılmayacağını vurğulayıb. Mütəxəssislər bu addımı şirkətin gəlir mənbələrini genişləndirmək cəhdi kimi qiymətləndirir, çünki hazırda istifadəçilərin yalnız kiçik hissəsi ödənişli abunəçidir. OpenAI-nin bu qərarı süni intellekt sektorunda artan maliyyə təzyiqləri fonunda verilib.