Uqanda polisi müxalifət lideri Bobi Vaynın hərbçilər tərəfindən saxlanılması ilə bağlı iddiaları təkzib edib 

Postxronika.az xəbər verir ki, polis sözçüsü Kituuma Rusoke Bobi Vaynın evində olduğunu və azad şəkildə hərəkət etdiyini bildirib. Müxalif Milli Birlik Platforması isə hərbi helikopterin onun Kampaladakı iqamətgahına endiyini və naməlum istiqamətə aparıldığını iddia edib. 

Bu arada seçki komissiyasının məlumatına görə, 1986-cı ildən hakimiyyətdə olan prezident Yoveri Museveni səslərin təxminən 72 faizini toplayaraq böyük üstünlüklə yenidən seçilməyə yaxındır. Bobi Vayn nəticələrlə bağlı kütləvi saxtakarlıq olduğunu bildirərək etiraz çağırışları edib. Seçkilərdən sonra ölkənin bəzi bölgələrində zorakılıq halları qeydə alınıb, hadisələrin detalları isə hələ tam təsdiqlənməyib.