İranda iqtisadi problemlərə etiraz olaraq başlayan aksiyalar zamanı 8 yanvarda baş verən zorakılıqlardan sonra tətbiq olunan internet və kommunikasiya məhdudiyyətlərinin mərhələli şəkildə aradan qaldırılacağı bildirilib
Postxronika.az xəbər verir ki, təhlükəsizlik orqanları son dövrdə yaranmış “təhlükəsizlik problemlərini nəzarət altına almaq və terror təşkilatlarının əsas üzvlərini həbs etmək” məqsədilə kommunikasiya məhdudiyyətlərini tədricən aradan qaldırmağa başlayıb.
Rəsmi şəxslər məhdudiyyətlərin xaricdəki müxalif şəbəkələrin fəaliyyətini zəiflədiyini və bu sayədə aksiyaların idarə olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıblar. İlk mərhələdə qısa mesaj xidmətləri bərpa olunub. Sonrakı mərhələlərdə yerli internet şəbəkəsinə və milli mesajlaşma tətbiqlərinə tam çıxış təmin ediləcək, ən sonda isə beynəlxalq internet yenidən aktivləşdiriləcək. Yerli mənbələr bildirir ki, “Eita” və “Bale” kimi milli tətbiqlərə giriş artıq təmin olunub.