İspaniyanın "Real" klubu gələcək baş məşqçi vəzifəsi üçün potensial namizədləri nəzərdən keçirir və siyahıda "Arsenal"ın çalışdırıcısı Mikel Arteta da yer alır.

Postxronika.az xəbər verir ki, TEAMtalk nəşrinin yaydığı məlumata əsasən, Madrid təmsilçisinin hazırkı rəhbəri Alvaro Arbeloanın növbəti mövsümdə postunda qalma ehtimalı azdır. Buna baxmayaraq, London klubunun idman direktoru Andrea Berta 43 yaşlı mütəxəssislə yeni sözləşmə imzalamaq üçün danışıqlar aparır. İspaniyalı məşqçi 2019-cu ildən bəri "topçular"ın sükanı arxasındadır və bu müddətdə İngiltərə Kuboku, eləcə də iki "Community Shield" qazanıb. Qeyd edək ki, Artetanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.